Azərbaycan atalar sözləri

 

  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Baş-başa verməyincə daş yerindən qalxmaz.
  • Birisi minə bağlıdır, mini də birə.
  • Bir gün duz yediyin yerə, qırx gün salam ver.
  • Dostsuz insan qanadsız quş kimidir.
  • Birlik harada, dirilik orada.
  • Bir su ki, girdi qaba, oldu içməli
  • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • Qarı düşmən dost olmaz.
  • Qoyun quzusunun ayağını basmaz.
  • Qonşu qonşuya baxar, Canını oda yaxar.
  • Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
  • Qonşu iti qonşuya hürməz.
  • Qonşu qonşu olsa kor qız ərə gedər.
  • Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
  • Qonşum sağ olsun, ocağından od verməsin.
  • Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
  • Qonşunun haqqı axirət haqqıdır.
  • Qonşu payı dolu gələr, dolu gedər.
  • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • Dağ dağa qovuşmaz, insan insana qovuşar.
  • Doğru dostluq qərəzsiz olmaz.
  • Dost başa baxar, düşmən ayağa.
  • Dost dost tən gərək, tən olsa gen gərək.
  • Dost dosta yaman gündə gərəkdir.
  • Dost dar gündə tanınar.
  • Dost ziyankar olmaz, ziyankar da dost olar.
  • Dost yaman gündə tanınar.
  • Dost yolunda boran olar, qar olar.
  • Dost yolunda can qurban.
  • Dostluqla tutub, düşmənliklə yıxma.
  • Dost min isə azdır, düşmən bir isə çoxdur.
  • Dostun versə qum, Al ovcunda yum!
  • Əli ələ vurarsan, səs çıxmaz
  • Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
  • Yaxşı dostu yaman gündə sına.
  • Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
  • Yeməklə dost olan illərlə küsülü qalmaz.
  • Yoldaşını nişan ver, özünü tanıt.
  • Sidq ilə dost olan ürəkdən də bir gərək.
  • Tək əldən səs çıxmaz.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Çox qarışqa bir şiri öldürər.
  • Çörək itirən, çörək tapmaz.

  • Arifə bir işarə, qanmaza min toppuz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • Bir ağızdan çıxan min ağıza yayılar.
  • Bir daş altda, bir daş üstdə.
  • Qarğa, qarğa, məndə qoz var.
  • Qaçırılan fürsət ələ düşməz.
  • Qoyun olasan, ot yeməyəsən.
  • Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
  • Daldan atılan daş topuğa dəyər.
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
  • Eşşək işləyər, at yeyər.
  • Ev bizim, sirr bizim.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ehtiyatlı oğulun anası ağlamaz.
  • Eşitdiyinə inanma, gördüyünə inan.
  • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
  • Yatan itləri oyatma.
  • Yerin də qulağı var.
  • Yoldan çıxanı yol vurar.
  • Yüz ölç, bir biç.
  • Nə göz görsün, nə ürək bulansın.
  • Nə eşitsin, nə də qanı qaralsın.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Nə görsün, nə də hürsün.
  • On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.
  • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
  • Pusquda oturan yatmaz.
  • Sirr açandan el qaçar.
  • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Soruşan dağları aşar, soruşmayan düzdə çaşar.
  • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
  • Əlindən bir iş gəlməyən on danışar.

  • Ağıl yaşda deyil, başdadır
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Bacarıq ağılın nişanəsidir.
  • Bilmədiyini biləndən soruş.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Elm ağılın çırağıdır
  • Elmin gücü yıxar bürcü.
  • Ədəb bazarda satılmaz...
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm qılıncdan itidir.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Elmsiz adam qanadsız quş kimidir
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynayaram".
  • Yalançının evi yandı heç kim ona inanmadı.

  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Aydan arıyam, sudan duru.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alnım açıq, üzüm ağ.
  • Araba qoş, çarxa dur, mərd igidə arxa dur.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta vur, rasta vur.
  • At ət ilə, igid don ilə.
  • At ölər nalı qalar, igid ölər namı qalar.
  • Beş günün yarağı, bir günün gərəyi.
  • Bir igid qırx ildə meydana gələr.
  • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
  • Bir qorxaq bir ordunu bada verər.
  • Vura bilməyən, daşın böyüyünü götürər.
  • Vuran igid dayısına gəyişməz.
  • Vuraram ölər, kiş deyərəm getməz.
  • Vur qırxı, gedər qorxu.
  • Vur deyənlə, vuran yarıdır.
  • Qapan it dişin göstərməz.
  • Qaçanı qovmazlar.
  • Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
  • Qorxaq qaçar hay gəlməmiş, çırmanar keçməyə çay gəlməmiş.
  • Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq hər şeyi dörd görər.
  • Qorxaq öz kölgəsindən də qorxar.
  • Qorxan gözə çöp düşər.
  • Qorxan öküz cütə getməz.
  • Qorxu adama yalan söylədər.
  • Qorxu başa bəladır.
  • Qorunan baş salamat olar.
  • Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
  • Qoçdan qoç törəyər.
  • Qoç döyüşünə qoç dözər.
  • Qoç igid qurddan çəkinməz.
  • Qurbansız bayram olmaz.
  • Qurddan qorxan qoyun saxlamaz.
  • Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
  • Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
  • Dağlar başına qış, igid başına iş.
  • Zəri də var, zoru da.
  • Yanında igid olsun, kol dibi evin olsun.
  • Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
  • Keçmə namərd körpüsündən qoy aparsın sel səni, yatma tülkü daldasında qoy yesin aslan səni.
  • Namərddın keç, mərddə dur.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərdi bir gördüm, bir də görsəm namərdəm.
  • Namərdin otağından, mərdin ağac kölgəsi.
  • Namərdin plovundan, mərdin qaşıq aşı.
  • Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
  • Namərdə tuş gələnin işi düyünə düşər.
  • Pis iş mərdə ar olar, namərd gözü dar olar.
  • Təkədə qoç hünəri olmaz.

  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Adam var gözdən qızar, Adam var sözdən qızar.
  • Adam odur ilqarından dönməyə.
  • Adam yıxıldığı yerdən qalxar.
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • Ara sözü ev yıxar.
  • Başa dil gətirəni, el gətirə bilməz!
  • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
  • Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
  • Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • Qorxu adama yalan dedirdər.
  • Damara bax, qan al.
  • Danışana macal vermir.
  • Danışıq, dananı qurda verər.
  • Danışığını yeyəsən.
  • Danışmaq gümüş, danışmamaq qızıldır.
  • Danışıram - pis olur, Danışmıram - his olur.
  • Dedim bir ağız ağla, demədim eli güldür bizə.
  • Dedim eşidəsən, demədim öyrənəsən!
  • Deyə-deyə dilimdə tük bitdi.
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
  • Dilim-dilim olasan, dilim!
  • Dilini saxlayan salamat olar.
  • Dil yalançı olunca, lal olsa yaxşıdır.
  • Dil ürəyin açarıdır.
  • Dil yanılar, doğrusunu deyər.
  • Dil yarası qılınc yarasından yamandır.
  • Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
  • Doğru danışanın papağı yirtıq olar.
  • Doğru elə bilər ki, hamı doğrudur.
  • Doğru yalanı qovar.
  • Doğruya zaval yoxdur, çəksələr min divana.
  • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
  • Doğru söz acı olar.
  • Doğru sözdən xəta gəlməz.
  • Doğru söz dəmiri dələr.
  • Düzlük xoşbəxtliyin açarıdır.
  • Düzlük uzanar, qırılmaz.
  • Düz sözə boynum qıldan nazikdir.
  • Əvvəl danış, sonra gül.
  • Əvvəl düşün, sonra danış.
  • İnsan ölər, söz qalar.
  • Yağmasan da gurulda.
  • Yalan ayaq tutar, yeriməz.
  • Yalan danışan hamını qanmaz bilər.
  • Yaman dil başa bəladır.
  • Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
  • Yaman yeyənin olsun, yaman deyənin olmasın.
  • Yalan ki var, doğrunun quludur.
  • Yalan söz üz qızardar.
  • Yalançını mənzilənədək qov!
  • Yalançının evinə od düşdü, heç kəs inanmadı.
  • Yalançının üzü qara olar.
  • Yalançının hafizəsi olmaz.
  • Yalançı tamahkarı aldadar.
  • Kələk ilə gələn, külək ilə gedər.
  • Kişinin sözü bir olar.
  • Nə dil bilsin, nə dodaq.
  • Sözü söz kəsər.
  • Söz bir olsa, dağ oynayar yerindən.
  • Söz var el içində, söz var ev içində.
  • Söz vaxtına çəkər.
  • Söz verər, bez verməz.
  • Söz qılıncdan kəsərlidir.
  • Söz danışıqdan keçər.
  • Sözdən söz götürür.
  • Sözdən söz çıxar.
  • Söz doğar.
  • Söz insanın vuran əlidir.
  • Söz ki var, dəmirdir, vurduqca uzanar.
  • Söz götürənin, yer oturanındır.
  • Sözlə plov olmaz, yağ ilə düyü gərək.
  • Sözü məqamında deyərlər.
  • Söz odur ki, haqqa vara.
  • Söz sözün dayağıdır.
  • Söz sözü çəkər, arşın bezi.
  • Sözü ağzında bişir, sonra çıxart.
  • Sözü asta, ürəyi tasvasda.
  • Sözü at, yiyəsi götürər.
  • Sözü yaxşı anla,
    Sonra qızıb banla.
  • Sözün başı axırından bilinər.
  • Sözün damarı olar, çəkdikcə uzanar.
  • Sözün də qanadı var.
  • Sözün doğrusun de, min atını çap.
  • Sözün doğrusunu zarafatla deyərlər.
  • Sözün zahiri zərif, batini lətif olmalıdır.
  • Sözün ilə işin bir olsun.
  • Sözün yalanı olmaz, yanlışı olar.
  • Sözün yaxşısı baldan şirin olar.
  • Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
  • Sözü sözdən alarlar.
  • Söz həyatın bəzəyidir.
  • Söz çeynəyən çox, söz deyən az.
  • Söyləyəndən dinləyən arif gərək.
  • Söyləyən olma, dinləyən ol.
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • Hərzəkar ağız başa yumruq vurdurar.
  • Çox bilirsən, az danış.
  • Çox bilib az danışmaq igidin ləngəridir.
  • Çox bilən quş, dimdiyindən cələyə düşər.
  • Şirin dil ilanı yuvadan çıxardar.

  • Ana, bala ucundan canını oda yaxar.
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Analar bizi bu gün üçün doğub.
  • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • Analı quzu, Xınalı quzu.
  • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • Ananın səbri tükənməz olur.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ataya oğul, anaya qul.
  • Ata malına göz dikən ac olar.
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
  • Böyüyə hörmət vacibdir.
  • Böyük danışanda kiçik danışmaz.
  • Böyük danışanı kiçik götürər.
  • Böyük sözünə baxmayan, baxımsız qalar.
  • Böyük tökəni kiçik yığar.
  • Böyüyün sözündən çıxmazlar.
  • Qoca başqa, qocaman başqa.
  • Qoca qurd kahasından çıxmaz.
  • Qocadan demək, Cavandan əmək.
  • Qoca evin sütunudur.
  • Qocaya hörmət elə, sən də qocalacaqsan.
  • Qocanın biliyi, cavanın biləngi.
  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
  • Qız evlərdə tanınar, ipək dəzgahda.
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
  • Ərkəsöyün böyüyən oğul avara olar.
  • Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
  • Kiçikdən xəta, Böyükdən əta.
  • Uşaq atadan yox, anadan yetim qalar.
  • Uşaq, atasını hamıdan güclü bilər.
  • Uşağa uşaq deyiblər, böyüyə böyük.
  • Dövlətə dəvə, nənəyə nəvə
  • Uşaq evin yaraşığıdır.
  • Uşaq gördüyün götürər, eşitdiyin deyər.
  • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
  • Uşaq sözün düzünü deyər.

  • Abadan kənd tüstüsündən bilinər.
  • Ağac dibindən su içər.
  • Ağacı içindən qurd yeyər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac səmtinə düşər.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Asılsan da uca budaqdan asıl.
  • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
  • Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
  • Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
  • Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
  • Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
  • Vətənə gəldim, imana gəldim.
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • Qoçun buynuzu qoça ağırlıq eləməz.
  • Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
  • Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
  • Dam dirək üstə durar.
  • Doğma yurd şirin olar.
  • Dünyada Vətəndən əziz nə var?
  • Yerlərdir haman yerlər, Görünməz oldu illər.
  • Yer, oturan adamla şərəflənər.
  • Yersiz gəldi, yerli qaç.
  • Yurddan çıxsan da, eldən çıxma.
  • Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
  • Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
  • Torpaqda itki olmaz, Kötüksüz bitki olmaz.
  • Uçan damın böyüklüyü binövrəsindən bilinər.
  • Hər ağac öz dibinə kölgə salar.
  • Hər quşa öz yuvası doğmadır.
  • Hər kəsə öz Vətəni əzizdir.
  • Hər kəsi el istəsə, bülənd olar, ucalar.
  • El igidləri ilə tanınar

  • Adam adam sayəsində adam olar.
  • Adamın gərək dili ilə ürəyi bir ola.
  • Adamın tamarzısı, hər kəsin öz arzusu.
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • Allaha əl çatmır, padşaha söz.
  • Allahdan buyruq, ağzıma quyruq.
  • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi
  • Aman istəyənin boynun vurmazlar.
  • Arzu bir, ümid iki.
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • Atın izi itin izinə qarışmaz.
  • At ölüb, itlərin bayramıdır.
  • Axtaran tapar, yoğuran yapar.
  • Ac toyuq yuxuda darı görər.
  • Bağbanın könlü olsa, nə gəlib bağda bara.
  • Bal tutan barmaq yalar.
  • Balıq istəyən özünü suya vurar.
  • Başına gələn başmaqçı olar.
  • Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.
  • Bizim evdə də bir gün bayram olar.
  • Boş çanağı vurur dolu çanağa.
  • Boyunduruq bilir, öküz nə çəkir.
  • Bu arxa bir su gəlib, ümid var bir də gələ.
  • Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
  • Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
  • Qabaqca danışma!
  • Qarğa cəmdək üstə yığılar.
  • Qoyunu qurda tapşırıb.
  • Qulağının dibini görəndə...
  • Quyuya su tökməklə quyu sulu olmaz.
  • Qurunun oduna yaş da yanır.
  • Dağ dağa qovuşmaz, insan insana rast gələr.
  • Dama dama göl olar, dada dada heç.
  • Diş tutmayanı, dodaq tutmaz.
  • Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
  • Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
  • Dəlidən doğru xəbər.
  • Dərdlərə dərman olub, dərmansız qalan canım.
  • Dovşanı araba ilə tutur.
  • Düzdə gəzdi hərləndi, gəldi dağa dirəndi.
  • Elə bil biyara gedir.
  • Eşit, inanma.
  • Əli aşından da oldu, Vəli aşından da...
  • İki qoçun başı bir qazanda qaynamaz.
  • İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır, İlanı Seyidəhməd əli ilə tutur.
  • İnək bir, sağan iki.
  • İnsan istəsə dağı dağ üstə qoyar.
  • İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
  • İstədiyini deyən, istəmədiyini eşidər.
  • İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
  • İstəyənin bir üzü qara, verməyənin iki üzü.
  • İstək gözdə olar, məhəbbət ürəkdə.
  • İstərəm dosta varam, əlim boş, üzüm qara.
  • İt dəmirçi dükanından nə aparar?
  • İt də getdi, ip də getdi.
  • Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
  • Yağışdan çıxdıq, yağmura düşdük.
  • Yazıya pozu yoxdur.
  • Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
  • Yel aparan yelinki, yerdə qalan mənimki.
  • Yeməkdən ümid yaxşıdır.
  • Yıxılan ağaca balta çalan çox olar.
  • Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
  • Keçənə güzəşt deyərlər.
  • Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
  • Könülsüz işin axırı olmaz.
  • Köpəyin qarnı tox gərək.
  • Kötük üstündə çox budaqlar doğranıb.
  • Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
  • Göz görmək üçün, könül seçmək üçündür.
  • Göz görmür, üz utanmır.
  • Gözü boynunun ardını görəndə...
  • Gün batdı - bat, gün çıxdı - çıx!
  • Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
  • Nə doğrarsan qabına, o çıxar qaşığına.
  • Nə əkərsən, onu biçərsən.
  • Niyyətin hara, mənzilin ora.
  • Od yanan yerdən işıq gələr.
  • Olan olub, keçən keçib.
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • Öz-özünü oda yaxır.
  • Öz-özünü bəyənən ağam vay.
  • Ölmə eşşəyim, yaz gələr yonca bitər.
  • Pis günün ömrü az olar.
  • Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
  • Samanlıqda iynə axtarır.
  • Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.
  • Sınan gəmiyə nə külək.
  • Suda boğulan saman çöpündən yapışar.
  • Tez duranla tez evlənən uduzmaz.
  • Toyun axırında zurna belə səslənər.
  • Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
  • Toyun əvvəlinə getmə, axırına da qalma.
  • Toyunda qəlbirlə su daşıyım.
  • Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
  • Tula itdən də murdar.
  • Ucuz ətin şorbası olmaz.
  • Haray üzülən canım, ipə düzülən canım.
  • Heç kəsin çırağı axıracan yanmayıb...
  • Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın da bir aydınlığı.
  • Hər arzu yerinə yetməz.
  • Hər quşatan, ovçu Pirim olmaz.
  • Hər deyilənə inanmazlar.
  • Hərə öz atını minib çapır.
  • Hər için öz yeri, hər sözün öz məqamı var.
  • Hər parıldayan qızıl olmaz.
  • Hər saatın bir hökmü var.
  • Çarx dolanır, gün keçir.
  • Çıxmayan cana ümid çoxdur.
  • Çobanın meyli olsa, təkədən pendir tutar.
  • Yanan yerdən tüstü çıxar.
Previous Post Next Post