1. MANATaz nədir?
MANATaz xəzinə axtarışı və məntiqi tapmacaların yer aldığı əyləncəli və qazandıran mobil tətbiqdir.
2. Necə oynayıram?
Tapmacaları həll edərək xəzinələri tapırsınız. Hər düzgün cavab sizə xal (ⓜ) qazandırır.
3. ⓜ nədir?
ⓜ – MANATaz daxilindəki virtual xaldır. Yığdığınız xal real çıxarış üçün istifadə olunur.
4. ⓜ necə qazanıram?
Tapmacaları düzgün cavablayaraq və reklam izləyərək ⓜ qazana bilərsiniz.
5. Reklam izləmirəm, buna görə mənə xal düşürmü?
Xeyr. Xal qazanmaq üçün reklamı izləmək şərtdir.
6. Reklam açılmır, nə edim?
Telefonun internet bağlantısını və reklam icazələrini yoxlayın. Problem davam edərsə, magencyaze999@gmail.com ilə əlaqə saxlayın.
7. 0.25 manat necə oxunur?
0.25 manat = 25 qəpik. Yəni "iyirmi beş qəpik" deməkdir.
8. 0.557 manat nə qədər edir?
Bu 55 qəpikdən bir az çoxdur, amma gündəlik həyatda 56 qəpik kimi qəbul olunur. 0.557 ≠ 5 manat 57 qəpik.
9. Balansım 0.009 ⓜ idi, indi 0.01 ⓜ olub. Bu azalma deyil?
Xeyr, bu artımdır. 0.009 ⓜ = 0.0090 ⓜ və 0.01 ⓜ = 0.0100 ⓜ deməkdir. 0.0100 > 0.0090 olduğuna görə balansınız artıb.
10. Niyə 0.9 ⓜ, 0.899 ⓜ-dən böyük sayılır? Axı 899 daha böyük görünür.
Bu, onluq kəsrlərin müqayisəsində edilən ümumi səhvlərdəndir. 0.9 əslində 0.900 deməkdir, yəni 900 > 899 olduğuna görə 0.9 ⓜ > 0.899 ⓜ olur.
11. Vergüldən sonrakı sıfırlar nəticəyə təsir edir?
Yox, məsələn 0.01, 0.010, 0.0100 hamısı eyni dəyəri bildirir. Lakin müqayisə aparmaq üçün bəzən onları eyni uzunluqda yazmaq daha aydın olur.
12. 0.02 ⓜ balansım var. Bu, 0.019 ⓜ-dən çoxdurmu?
Bəli, çünki 0.02 = 0.020, bu da 0.019-dan böyükdür. Ona görə də balansınız artmış sayılır.
13. Balansdakı dəyişiklikləri düzgün qiymətləndirmək niyə vacibdir?
Çünki yanlış nəticələrə gəlmək istifadəçi narazılığına səbəb olur. Riyazi biliklərlə rəqəmləri düzgün oxumaq, sistemə və nəticələrə doğru yanaşmanı təmin edir.
14. ⓜ-ləri necə çıxara bilərəm?
Hesabınızda minimum 1 ⓜ olduqda bank kartına və ya mobil nömrəyə çıxarış edə bilərsiniz.
15. Çıxarış minimumu nə qədərdir?
Minimum çıxarış məbləği 1 ⓜ-dır. Məsələn, 1.80 ⓜ varsa, yalnız 1 ⓜ çıxara bilərsiniz. Qalan 0.80 ⓜ hesabınızda qalır və növbəti dəfə yeni çıxarışa qədər yığılır.
16. Çıxarış neçə günə həyata keçirilir?
Adətən 3-5 iş günü ərzində icra olunur.
17. Çıxarışı necə sifariş edirəm?
Tətbiqdə çıxarış bölməsinə daxil olub, növü seçib məlumatları daxil edirsiniz.
18. Fırıldaqçılıq edənlərə nə olur?
Hər hansı fırıldaqçılıq aşkarlanarsa, çıxarış ləğv olunur və hesab bağlana bilər.
19. Ad və soyadımı səhv yazdığım üçün ödəniş ala bilmirəm, nə edim?
Ad və soyadı düzgün qeyd edilməyən istifadəçilərə ödəniş edilmir. Dəyişdirmək üçün magencyaze999@gmail.com e-mail ünvanına profil ID və ya qeydiyyatdan keçdiyiniz e-mail adresini qeyd etməklə yeni məlumatlarınızı göndərin.
20. Tapmacalar çətin gəlir, nə edim?
Səbirli olun və diqqətlə oxuyun. Məntiqi fikirləşmək vacibdir. Tapmacalar öyrədici məqsədlə hazırlanıb.
21. Reklamlar niyə var?
Reklamlar sizə əlavə ⓜ qazanmaq imkanı verir. Amma reklam məzmununa görə tətbiq rəhbərliyi məsuliyyət daşımır.
22. Qazandığım ⓜ hansı hissəyə əlavə olunur?
Hər düzgün cavabdan sonra hesabınıza avtomatik əlavə olunur. Balans bölməsində görə bilərsiniz.
23. Texniki problemlərlə kimə müraciət edim?
Əlaqə üçün dəstək e-mail ünvanı: magencyaze999@gmail.com
24. Məlumatlarım necə qorunur?
Sizin məlumatlarınız tam məxfi saxlanılır və heç bir halda üçüncü şəxslərlə paylaşılmır.